• $
  • €
  • ₽
  • ₺
  • £

iPhone 6 və iPhone 5s – fərqi nədir? – VİDEO

iPhone 6 və iPhone 5s – fərqi nədir? – VİDEO
06.05.2014 22:05

Aparat 4,7 düymlük displeylə təchiz olunub və ölçüləri də nəzərəçarpacaq qədər böyükdür.

İtalyan saytı Macitynet.it artıq üzlük və aksessuarların istehsalçılarının istifadə etdiyi iddia edilən iPhone 6 prototipinin fotolarını paylaşıb. Nəşr, təqdimatı çox güman ki, payızda olacaq qacetin xarici görüntüsünü dəqiq göstərən maketi verib. 

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, fotolarda smartfonun xarici görünüşü Apple qurğusunu xatırladır – məsələn, ekranın altında yerləşən “Home” düyməsi, amma 2013-cü ilin iPhone 5s-dən fərqli cəhətləri çoxdur. Aparat 4,7 düymlük displeylə təchiz olunub və ölçüləri də nəzərəçarpacaq qədər böyükdür, bu isə blok düyməsini yuxarı torsdan korpusun sağ tərəfinə keçirilməsinə səbəb oldu. 

Forma da dəyişib. Əgər iPhone 4-dən başlayaraq bütün Apple smartfonlarının yastı kənarları arxa və frontal panellə düzbucaq altında kəsişirdilərsə, indi onlar dairəviləşdirilib. Bunun sayəsində iri korpusu əldə saxlamaq asan olacaq.

Qurğunun anfası adət etdiyimiz kimidir, amma arxa paneldən başqa. Birincisi, kamera korpusdan bir az çıxıntılıdır. Yəqin ki, bu konstruksiya dəyişdirilən linzalar üçün nəzərdə tutulur. İkincisi, iPhone 5s-də istənilən işıqlandırma zamanı təbii rəng ötürməsini təmin edən ikiqat flaş əvəzinə artıq birqat flaş verilib. 

Nəhayət, dizayn baxımından arxa qapağın mərkəzini kənarlarla birləşdirən plastikabənzər enli zolaqlar təzadlı görünür. Çox güman ki, onların altında antenalar yerləşir. Keçən il HTC ilk dəfə flaqman HTC One smartfonunda  metal korpusa birləşdirilmiş antenaların normal işləməsini təmin etmək üçün analoji addım atmışdı. Apple əvvəllər bu problemi şüşə keçirtmələr və antenaların korpusun  metal haşiyəsinə inteqrasiysı yolu ilə həll edirdi.

iPhone 5s və Samsung Galaxsy S5 ilə müqayisə olunan yeni qurğunun fotosu onun ölçüləri və erqonomikası haqqında müəyyən nəticələrə gəlməyə imkan verir. iPhone 6 fotoda flaqman Samsungdan daha yığcam görünür, istifadə də rahatlıqda isə o, dəqiq iPhone 5s və ya Apple smartfonlarının daha əvvəlki modelləri ilə müqayisə edilə bilməz. iPhone 6 prototipi (və ya maketi) iPhone 5s-dən bir qədər nazikdir, bu isə 6,1 mm olan rekord qalınlıq barədə şayiələri təkzib edir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol