• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda son beş ildə qaz hasilatı bu qədər artıb

Azərbaycanda son beş ildə qaz hasilatı bu qədər artıb
22.01.2022 11:38
Azərbaycanda 2017-2021-ci illər ərzində qaz hasilatı təxminən 73% artıb.
 
Bu barədə "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi xəbər verir.

Hesabatda bildirilir ki, 2025-ci il üçün bu göstərici daha 20% artacaq: "Buna baxmayaraq, hasilatın artımını nəzərə alsaq da, ortamüddətli perspektivdə neftin 80%-ə yaxın töhfəsi ilə müqayisədə qaz ixracı Azərbaycan iqtisadiyyatında nisbətən cüzi rol oynayacaq və karbohidrogen ixracının təxminən 20%-ni təşkil edəcək”.
 
Avropada qazın spot qiymətləri rekord həddə çatsa da, Azərbaycan bundan qismən faydalanacaq, çünki ölkənin qaz müqavilələrinin əksəriyyəti uzunmüddətlidir və qiymətlər neftə bağlıdır.
 
Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunaraq çatdırılır. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti olan TAP ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.
 
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol