• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Rusiya arasında Protokol imzalandı

Azərbaycan və Rusiya arasında Protokol imzalandı
03.02.2022 11:26
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində yaradılmış Alt komissiyanın ilk iclası keçirilib.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq yükdaşımaları zamanı yaranan çətinliklərin vaxtında və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının tərkibində Alt komissiya yaradılıb.
 
Alt komissiyanın ilk iclası videokonfrans formatında keçirilib.
 
İclas ölkəmizin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Alt komissiyaya Azərbaycan tərəfindən həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun, Rusiya tərəfindən isə həmsədr nəqliyyat nazirinin müavini Dmitriy Zverevin rəhbərliyi altında baş tutub.
İclasda iki ölkə arasında avtomobil, dəniz, dəmir yolu və hava nəqliyyatı, o cümlədən nəqliyyatın rəqəmsallaşdırılması və sərhəd-keçid prosedurlarının asanlaşdırılması məsələləri müzakirə edilib.
 
Həmçinin bu münasibətlərin davamlı uğurlu inkişafı üçün perspektiv imkanların və mövcud çətinliklərin araşdırılması və onların həlli istiqamətində müvafiq tədbirlərin birgə aparılması ilə bağlı razılıq əldə olunub.
 
Bununla yanaşı, ölkələrimizin iştirakçısı olan beynəlxalq nəqliyyat dəhlizlərində birgə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunaraq bu münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.
 
Görüşün sonunda Protokol imzalanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol