• $
  • €
  • ₽
  • ₺
  • £

İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verilib

İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verilib
11.02.2022 11:47
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub, bu barədə Əhmədov özü  "Facebook" hesabında yazıb.

"Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz Şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə "mətbuat katibi" kimi qeyd edə bilərlər.

Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam. SOCAR-ın kommunikasiyasını effektli şəkildə təşkil edib, Azərbaycanın qlobal brendini ölkə və dünya ictimaiyyəti qarşısında təmsil etməklə, iqtsadiyyatımızın dayağı olan Dövlət Neft Şirkətinin işgüzar nüfuzunun möhkəmlənməsinə və bu minvalla öz kommersiya hədəflərinə çatmasına töhfə verməyə çalışacağam.

Son illərdə "Biz Neftçiyik" şüarını yaymaqla, dövlətimizin inkişafı və xalqımızın rifahı üçün gecə-gündüz dənizdə və quruda çalışan əli qabarlı Azərbaycan neftçilərinin sözçüsü oldum. İndi göstərilən etimada görə Şirkətin rəhbərliyinə və mənə daim mənəvi dayaq olan əziz neftçi həmkarlarıma təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başladığı SOCAR-ın yeni inkişaf dövründə Şirkətin əməliyyat effektivliyinin artırılmasına öz kiçik töhfəmi verməyə ümidliyəm. Bunun üçün SOCAR-ın Müşahidə Şurasının nəzarəti və rəhbər heyətinin rəhbərliyi altında var gücümlə işləyəcəyəm. Şərəfli peşənin nümayəndələri olan Azərbaycan neftçilərinə layiq bir mətbuat katibi olmağa çalışacağam", - deyə Əhmədov bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol