• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Ələkbərov sərvətinin 60 faizini itirib

Vahid Ələkbərov sərvətinin 60 faizini itirib
01.03.2022 23:21
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarından sonra rusiyalı milyarderlərin sərvəti azalıb, bu barədə "Bloomberg Billionaires Index” məlumat yayıb.

Rusiyanın 21 ən varlı şəxsi bu il ümumi olaraq 84 milyard dollar itirib.


Rusiyanın Ukraynaya hərbi hücumu başlayandan bəri onların maliyyə itkiləri iki dəfədən çox artıb. Milyarderlər hücumdan sonra cəmi bir gündə 39 milyard dollar itirib. Bu, ötən həftə ölkənin birja bazarında 50% dəyər itirməsinə gətirib çıxarıb.


Rusiya milyarderləri arasında ən çox itki verən "Lukoyl"un sədri, əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. O, bu il 14 milyard dollar, yəni öz sərvətinin 60 faizini itirib. "Bloomberg”ə görə, onun indi sərvəti 8,8 milyard dollardır.


Rusiyanın ən zəngin adamı Vladimir Potanin 6,2 milyard dollar itirib və hazırda sərvəti 24,7 milyard dollara düşüb. Onun prezidenti olduğu "Norilsk Nikel”in səhmlərinin qiyməti London birjasında 56 faiz ucuzlaşıb.


Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti İskəndər Mahmudov milyarderlər siyahısından tamamilə çıxıb.


Andrey Melniçenko bu il qazanc əldə edən yeganə rusiyalı milyarderdir. "Bloomberg”ə görə, onun sərvəti əsasən şəxsi gübrə şirkəti "EuroChem” və termal kömür firması SUEK-dən əldə edilir.


Hələ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl ABŞ və Böyük Britaniya artıq rus oliqarxlarına və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi.


"Reuters”in məlumatına görə, Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən şəxslər arasında Putinlə yaxın əlaqələri olan oliqarx Gennadi Timçenko da var. Onun sərvəti bu il 11,3 milyard dollar azaldıqdan sonra indi 11,1 milyard dollar təşkil edir.


"Bloomberg” milyarderlər indeksinə əsasən, Rusiyanın ilk on ən varlı adamının, onların xalis sərvətlərinin və sərvətlərinin bu il necə dəyişdiyinin icmalını təqdim edirik:(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol