• $
  • €
  • ₽
  • ₺
  • £

Neft və qaz BAHALAŞDI, Rus rublu isə ÇÖKÜR

Neft və qaz  BAHALAŞDI, Rus rublu isə  ÇÖKÜR
02.03.2022 15:40
Təbii qazın ICE Futures platformasında həyata keçirilən hərracda qiyməti  bu günə olan tarixi rekordu vuraraq 1 min kubmetr üçün 2 200 dolları keçdi.

Brent markalı neftin qiyməti isə  1 barrel üçün 113 dollara çatdı. Bu 2014-cü ilin iyunundan bu yana ən yüksək göstəricidir. 

Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar  rus rublu da ucuzlaşmaqda davam edir. 

1 rus rublunun 1 dollara qarşı məzənnəsi 109,5 rubl təşkil edib. 1 avronun rus rubluna nisbətən məzənnəsi isə rekord vurub. Belə ki, 1 avro hazırda Moskva birjasında 122 rubla satılır. 

Buna baxmayaraq Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatları davam edir, hətta aktivləşir. Rusiya Müdafiə Nazirliyi Xerson şəhərinin tutulması və qondarma LXR və DXR qüvvələrinin hücumunu davam etdirməsi barədə məlumat yayıb. Xarkov rəsmiləri Rusiyanın atəşi nəticəsində 21 nəfərin öldüyünü bildirib.
    
Cavab olaraq tətbiq edilən Qərb sanksiyalarına əsasən artıq Rusiya Mərkəzi Bankının maliyyə ehtiyatları qismən bloklanıb, həmçinin Rusiya tənzimləyicisi ilə əməkdaşlığa qadağa qoyulub, bir neçə iri Rusiya bankı SWIFT sistemindən ayrılıb. 
    
Promsvyazbank-dan Yeqor Jilnikovun sözlərinə görə, sanksiyaların qüvvəyə minməsi ilə dollar təklifi azalmağa başlayıb. 

Neft bazarı iştirakçıları Rusiya neftinə spot tələbin azaldığını və alıcıların digər təchizatçılara keçməsini qeyd edirlər ki, bu da Rusiyanın ixrac gəlirlərinin azalmasına səbəb ola bilər. Eyni zamanda,  Rusiya  ilə Qərb ölkələri arasında münasibətlərin kəskinləşməsi səbəbindən Rusiya nefti olan Ural markalı neftin qiyməti də dəyişib. 
    
Qərb ölkələri enerji ixracına birbaşa sanksiyalar tətbiq etməsələr də, Nyu-York və Meksika körfəzindəki neft mərkəzlərindəki ABŞ treyderləri Rusiya neftindən imtina edirlər.    


N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol