• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya neftini sata bilmir

Rusiya neftini sata bilmir
03.03.2022 00:11
Rusiyada hasil edilən Ural markalı neftə tələbat azaldığından Rusiya martın ikinci yarısından başlayaraq  dəniz limanlarından neftin ixracını azaltmaq məcburiyyətində qalacaq. 

Belə ki, Surqudnefteqaz-in hərraclarında 1 milyon ton Urals neftinin bu ay ərzində yükləmə şərti ilə satmaq mümkün olmayıb. Treyderlər Rusiya neftini açıq almaqdan imtina edirlər. Buna da səbəb Rusiyanın Ukraynaya təcavüzü səbəbindən bu ölkənin üzərinə  qoyulan sanksiyalardır. Onlar deyirlər ki, Rusiya nefti indiki şəraitdə Rusiya nefti Qərb alıcıları üçün çox "toksikidir". 

Surqutnefteqaz satışı mart üçün nəzərdə tutulan nefti keçən həftədən bəri sata bilmir. Şirkətin 3 dəfə keçirdiyi tender nəticəsiz qalıb. 

"Məsələ onda deyil ki, heç kim akkreditivlər aça bilmir, əslində sanksiyalar da səbəb deyil. Sadəcə bu prinsip məsələsidir. Alıcılar Rusiya neftini prinsipial olaraq almayacaqların deyirlər" - neft birjalarından birində olan mənbə bunu Reuters agentliyinə bildirib. 

Surqutnefteqaz alıcı tapmasa Urals markalı neftin Rusiya  dəniz limanlarından ixracı martda 12% azalaraq 7,4 milyon tonadək düşə bilər. 

Belə şəraitdə yeganə çıxış yolu Transneftlə danışıb nefti anbarlarda saxlamaqdır. 

Treyderlər bildirirlər ki, üçüncü ölkələr belə Urals markalı nefti  bazara çıxarsa belə onun ixracını təşkil edə bilməyəcəklər. Çünki tankerlər bu nefti daşımaqdan imtina edir. 
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
İqtisadiyyat 09:51
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
İqtisadiyyat 09:33
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
İqtisadiyyat 09:27
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol