• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək uzanan layihə - RƏSMİ

Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək uzanan layihə - RƏSMİ
03.03.2022 15:45
Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək Qara dəniz sualtı fiber-optik kabelin çəkilməsi layihəsi nəzərdən keçirilib, bu barədə Energetika Nazirliyi məlumat yayıb. 

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal, həmçinin "Transgaz” və "Romgaz” şirkətlərinin rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib. 

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə müzakirələr aparılıb.

Energetika sahəsində əməkdaşlığın inkişafında Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib. Həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində VIII nazirlər iclasında Rumıniyanın iştirakı, layihəyə marağı yüksək təqdir edilərək, dəhlizin genişləndirilməsi çərçivəsində bu ölkənin layihəyə qoşulma perspektivləri müzakirə edilib. 

Görüşdə Azərbaycan və Gürcüstan üzərindən Rumıniyayadək Qara dəniz sualtı fiber-optik kabelin çəkilməsi layihəsi də nəzərdən keçirilib. Rumıniya layihə üzrə hazırda formalaşdırılan İşçi Qrupunda iştiraka dəvət edilib. Nazir Pərviz Şahbazov layihənin region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, Azərbaycanın "yaşıl enerji”nin ixracı üçün potensial və planlarını diqqətə çatdırıb. Nazir deyib ki, hazırda həyata keçirilən bərpa olunan enerji layihələri və dənizdə külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlar gələcəkdə Avropa ilə əməkdaşlıqda Azərbaycanı "yaşıl enerji” mənbələrindən istehsal ediləcək elektrik enerjisinin və hidrogenin ixracı sahəsində də mühüm tərəfdaşa çevirə bilər. 
Söhbət zamanı ikitərəfli enerji əməkdaşlığının digər perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
İqtisadiyyat 09:51
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
İqtisadiyyat 09:33
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
İqtisadiyyat 09:27
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol