• $
  • €
  • ₽
  • ₺
  • £

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı
14.03.2022 15:14
Azercell-in dəstəklədiyi xidmət uşaqları bədbəxt hadisələrdən qorumaq üçün yeni imkanlar açır.
 
"Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinin əməkdaşlıq etdiyi dövlət qurumları sırasına Fövqəladə Hallar Nazirliyi (FHN) də əlavə olundu. Mart ayından başlayan yeni əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin "112” xidmətinə uşaq və yeniyetmələr tərəfindən daxil olan müraciətlər birbaşa olaraq "Uşaq Qaynar Xətti”nə yönləndiriləcək. Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə köməksiz halda olan insanlar, o cümlədən uşaq və yaşlılar da müraciət edirlər. Odur ki, yeni əməkdaşlıq ağır vəziyyətlə üzləşən azyaşlılara kömək etmək, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, psixoloji basqı və zorakılıqla üzləşən yeniyetmələrə dərhal peşəkar yardımın
göstərilməsi baxımından çox əhəmiyyətlidir.
 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə günün istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur.
 
"Azərbaycan Uşaq Qaynar Xətt” xidməti hər il müxtəlif çətinliklərlə üzləşən minlərlə uşaq və yeniyetməyə təmənnasız yardım edir. Hüquqları pozulan uşaqları psixoloji və fiziki zədələrdən qorumaq məqsədi daşıyan bu mərkəz 11 ildən artıqdır ki, "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Azercell Telekom, UNİCEF Azərbaycan, həmçinin uşaq problemləri sahəsində çalışan dövlət qurumları ilə birgə əməkdaşlıq sayəsində gərgin işini davam etdirir. Bu müddətdə AUQX 53.000-dən çox müxtəlif xarakterli müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, bəzi hallarda isə onlar müvafiq qurumlara yönləndirilir. Zorakılığa məruz qalmış uşaqlar və onların ailə üzvlərinə mərkəzin peşəkar əməkdaşları tərəfindən təcili psixoloji yardım da göstərilir.
 
"Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçt ünvanına, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol