• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz”a 14 mindən çox müraciət daxil olub

"Azəriqaz”a 14 mindən çox müraciət daxil olub
25.03.2022 14:11
Bayram günlərində "Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı mərkəzinə 14 089 məlumat daxil olub və icraları təmin edilib. Bu sözləri "Azəriqaz” İB-nin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
 
Şöbə rəisinin sözlərinə görə, sayğaclarda yaranan problemə görə regionlardan 741, Bakı şəhərində əvvəlcədən ödənişli (smart-kart tipli) sayğaclara ödənişlərin edilməsi ilə bağlı 2417, sayğaclarda yaranan digər problemlərlə bağlı isə Birliyə 4467 müraciət ünvanlanıb.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev son günlər sosial şəbəkələrdə Xankəndinə təbii qazın verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. O, 30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etməyin qeyri-mümkün olduğunu, vəziyyətin normallaşması istiqamətində addımlar atıldığını qeyd edib.

Aksiya Birliyin rəsmi "Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşların sosial şəbəkə üzərindən ünvanladıqları müraciətlər də Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb. Vətəndaşın fərdi yaşayış evləri ilə  mənzillərin təbii qaz limitinin nə üçün eyni olması ilə bağlı ünvanladığı sualı Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev cavablandırıb. Şöbə rəisi təbii qazın limitinin və tarifinin dəyişdirilməsi kimi məsələlərin "Azəriqaz” İB-nin səlahiyyətləri çərçivəsində olmadığını bildirib. O, bina mənzilləri ilə fərdi yaşayış evləri arasında heç bir fərq olmadığını, eyni qaz qurğularından istifadə olunduğunu diqqətə çatırıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol