• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR üç ölkədən avtomobil yanacağı idxal edir

SOCAR üç ölkədən avtomobil yanacağı idxal edir
07.04.2022 18:48
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) dayandırılması ilə bağlı xaricdən avtomobil iyanacağı idxal edir.

Aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, "Azərkimya” İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb.

Bütövlükdə NEZ-in 50 gün fəaliyyətsiz qalacağı bildirilir. Bununla bağlı daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün SOCAR hələ fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın alır.
"Bütövlükdə idxal olunacaq 150 min ton "Aİ-92” var. Bunun əsas hissəsi artıq gətirilib. Benzin Rusiya, Rumıniya, Türkmənistan şirkətləri ilə müqavilələrə əsasən gətirilib. Əksər hissəsi də Rusiyadan alınıb”, - hökumətdəki mənbə bildirib. Onun sözlərinə görə, həmin müqavilələr hələ Ukraynadakı müharibə və Rusiyaya qarşı beynəlxalq sanksiyalar işə düşmədən bazar qiymətlərinə əsasən, xarici valyutada ödəniş şərti ilə imzalanıb.

1 fevral-1 iyun müddətində "Aİ-92” və "Aİ-95” markalı benzinin idxal rüsumları ləğv olunub, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılıb.

Heydər Əliyev adına NEZ orta hesabla 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ild 1,26 milyon ton), liqroin (400,7 min ton, dizel yanacağı (2,4 milyon ton), soba mazutu (105 min ton), sürtgü yağları (49,1 min ton), neft koksu (255,3 min ton), neft bitumu (362,2 min ton), təyyarə yanacağı (490,1 min ton) istehsal edir. Müəssisədə istehsal olunan "Aİ-92” markalı benzinin demək olar ki, hamısı daxili bazara yönəlir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol