• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank reabilitasiya mərkəzindəki uşaqlarla birgə quşlar üçün yuvalar hazırladı

Yelo Bank reabilitasiya mərkəzindəki uşaqlarla birgə quşlar üçün yuvalar hazırladı
20.04.2022 18:16
Aprel ayı Autizm Maarifləndirmə ayı kimi qeyd edilir. Bu münasibətlə Yelo Bank-ın və "GID CSR Consulting”in birgə təşəbbüsü ilə növbəti sosial tədbir həyata keçirilib.
 
"Balaca əllərlə rəngli yuvalar" adlı tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində baş tutub. Layihənin əsas məqsədi Mərkəzdə müalicə alan uşaqlara erkən yaşlarından təbiətdəki dostlarımıza qarşı mərhəmət, sevgi hisslərini aşılamaqdır.
Tədbir autizm spektrli və sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə ixtisaslaşmış psixoloqun interaktiv təlimi ilə başladı və daha sonra quşlar üçün yuvaların qurulması ilə davam etdi. Yekunda uşaqlara Yelo Bank tərəfindən sertifikat və hədiyyələr təqdim olundu. Uşaqların imzası ilə tamamlanmış quş evlərindən bir neçəsi Reabilitasiya Mərkəzinin bağçasındakı ağaclarda yerləşdirildi, digərlərini isə tezliklə Bakı şəhərindəki digər park ərazilərində görə biləcəksiniz.

Xatırladaq ki, bu, Yelo Bank-ın sahibsiz heyvanların qayğısı üçün həyata keçirdiyi ilk sosial layihə deyil. Bundan öncə bank əməkdaşlarının övladları pişik evləri hazırlamış və küçə heyvanlarının xüsusiyyətləri ilə  və onlara düzgün rəftarla bağlı interaktiv təlimdə iştirak etmişdi. Hazırda pişik evləri müxtəlif ictimai-iaşə obyektlərinin qarşısında yerləşdirilib.
Yelo Bank autizmli və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün daha gözəl bir mühitin formalaşdırılması naminə sosial layihələrinə davam edəcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! 
Yelo Bank – Parlaq bankçılıq! 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol