• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada qaz qadağası sülhü tezləşdirməyəcək

Rusiyada qaz qadağası sülhü tezləşdirməyəcək
22.04.2022 12:43
Rusiyanın kəskin qaz qadağası Ukrayna ilə tez bir zamanda sülhü bərpa etməyəcək, bunu Almaniya kansleri Olaf Scholz deyib.
 
"Birincisi, qaz embarqosunun müharibəni dayandıracağını heç cür görmürəm.İkincisi, siz elə danışırsınız ki, guya biz bundan pul qazanırıq. Amma məsələ ondadır ki, biz ciddi iqtisadi böhrandan qaçmaq istəyirik”, - deyə o, "Spiegel”ə müsahibəsində bildirib.

Scholz-un ​​fikrincə, Rusiyadan qaz idxalına qadağa qoyulması bir milyon iş yerinin itirilməsinə və fabriklərin bağlanmasına səbəb olacaq.

"Bu, ölkəmiz, bütün Avropa üçün ciddi nəticələrə səbəb olacaq”, o vurğulayıb.


Bundan əvvəl Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirmişdi ki, Rusiya qazının tədarükünə dərhal embarqo qoyulması Almaniyada "sosial sülh”ə təhlükə yaradacaq.

O, həmçinin bildirib ki, Almaniya şist qazı istehsal etməyəcək, bu, ölkənin ekologiyasına ziyan vuracaq.
 
Putin qazı Avropaya rublla satmaq barədə qərar verib. Qərara görə Rusiyadan qaz alan ölkələr Rusiyada hesab açmaqla pulu rubbla ödəməli olacaq. 
 
Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlar aparır və buna görə Qarb ölkələri və müttfəiqləri tərəfindən sanksiyalar və məhdudiyyətlərlə üzləşib.
Sanksiyalar və məhdudiyyətlər Rusiya iqtisadiyyatını çökdürmək və hökumətini hərbi əməliyyatlara görə cəzalandırmaq üçün nəzərdə tutulub.
Rusiyaya tətbiq olunan sanksiyalar sırasında siyasi, maliyyə, hərbi, idman, aviasiya, nəqliyyat kimi ən müxtəlif sahələri əhatə edən məhdudiyyətlər var.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol