• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank BAFT-ın 100 illik yubileyinə həsr olunan Qlobal Toplantıda iştirak edib- FOTOLAR

Kapital Bank BAFT-ın 100 illik yubileyinə həsr olunan Qlobal Toplantıda iştirak edib- FOTOLAR
04.05.2022 10:54
Kapital Bank 1–4 may 2022-ci il tarixlərində Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumu olan Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Qlobal İllik Toplantı BAFT-ın pandemiya başlayandan sonra keçirdiyi ilk canlı tədbirdir.

Toplantıda Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov iştirak edib. Fərid Səmədov həmçinin 2021-ci ildə BAFT Gələcək Liderlər Proqramına ("BAFT Future Leaders Program”) seçilib. Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir.

Hibrid formatda – həm onlayn, həm canlı şəkildə ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan BAFT-ın builki Qlobal Toplantısı qurumun 100 illik yubileyinə həsr olunub. Tədbir beynəlxalq ekspertlərin çıxışları, müxtəlif mövzularda sessiyalar və iştirakçılar arasında fikir mübadilələrinin aparılması üçün ikitərəfli görüşlərlə yadda qalıb. Gündəmdə olan mövzular sırasına qlobal iqtisadiyyat və gələcək fəaliyyət, rəqəmsallaşma və texnologiya, dünya iqtisadiyyatına və onun sabitliyinə təsir edən yeni çağırışlar, ekoloji, sosial və korporativ idarəetmə və digər məsələlər daxil edilib.

 Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasının (American Bankers Association) üzvüdür və MDB dövlətləri arasında assosiasiyada təmsil olunan yeganə maliyyə qurumudur. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol