• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqarıstan ABŞ-dan LNG idxalına başlayır

Bolqarıstan ABŞ-dan LNG idxalına başlayır
12.05.2022 00:08
Bolqarıstan iyundan ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almağa hazırlaşır. Rusiyanın Qazprom şirkəti Bolqarıstana təbii qaz verilməsini dayandırdıqdan sonra etnik olaraq Rusiyaya çox yaxın olan Bolqarıstan ABŞ-la maye qaz idxalı üzrə uzunmüddətli müqavilə bağlamaq məqsədilə danışıqlar aparır. Bu barədə çərşənbə günü Bolqarıstanın  baş nazir Kirill Petkov bildirib.

Vaşinqton səfəri zamanı ABŞ-ın vitse-prezidenti Kamala Harris və digər ABŞ rəsmiləri ilə görüən Petkov səfər sonra keçirdiyi mətbuat konfransında bildirib ki,  Amerika qazı Qazprom-un qazından daha yaxşı ucuzdur və yaxşı qiymətə satılacaq.

Aprelin 27-də "Qazprom” Avropa İttifaqı üzvləri Bolqarıstan və Polşaya rublla ödəniş etməkdən imtina etdiyinə görə  qaz nəqlini dayandırıb. Bolqarıstan ildə təxminən 3 milyard kubmetr qaz istehlak edir ki, bunun da 90%-dən çoxu Rusiyanın payına düşürdü. 

"İyun ayı üçün artıq iki LNG tankerimiz var, qiymətləri Qazprom-dan bir qədər aşağıdır. İndi biz uzunmüddətli müqavilə üzrə danışıqlara başlayırıq, burada qiymətlər daha da aşağı olacaq”, - Petkov jurnalistlərə bildirib.

Petkov bildirib ki, Bolqarıstanın aldığı qaz   ABŞ-ın Avropanı Rusiyanın enerji təchizatından asılılıqdan qurtarmaq üçün  bu il Avropa İttifaqına göndərəcəyi  15 milyard kubmetr LNG-yə aid deyil. 

Aİ bu il Rusiya qazından asılılığını üçdə iki nisbətində azaltmağı və Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən 2027-ci ilə qədər Rusiyadan  qaz idxalını tamamilə dayandırmağı planlaşdırır.

Petkov, LNG qazının qonşu Yunanıstan və ya Türkiyənin LNG terminallarından gələcəyini əlavə edərək bildirib ki, "biz xüsusi olaraq Bolqarıstan üçün idxal haqqında razılığa gəldik, bu da tərəfdaşlarımızın dəstəyinin nəticəsidir".

Bolqarıstan qaz idxalını artırmaq üçün Azərbaycanla danışıqları gücləndirib . Belə ki , 2022-ci ilin iyununda Bolqarıstan-Yunanıstan interkonnektorunun tikintisinin bitəcəyi proqnpozlaşdırır . Azərbaycan qazını Avropaya çatdıran TAP kəmərinə birləşən bu interkonnektor Bolqarısana hər il 1 min kubmetr Azərbaycan qazını ixrac etməyə imkan verəcək.
 
Bolqarıstan həmçinin  Yunanıstan və Türkiyədəki terminallar vasitəsilə digər LNG müqavilələrini nəzərdən keçirir və  qiymətləri daha rəqabətli etmək üçün Aİ-nin ümumi qaz alışına çağırıb.

"Heç kim düşünməməlidir ki, biz sadəcə bir təchizatçını digəri ilə əvəz edirik. Biz daha ucuz qiymət təklif edəcək təchizatçılara üstünlük veririk", - Petkov bildirib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol