• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan birinci rübdə benzin idxalını 10 dəfə artırıb

Azərbaycan birinci rübdə  benzin idxalını 10 dəfə artırıb
16.05.2022 14:10
Azərbaycan 2022-ci ilin birinci rübündə 50.442,61 ton Aİ-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat verib. 

Bu ilin 3 ayında idxal edilən Aİ-92 markalı benzinin dəyəri isə  52 milyon 389,94 min dollar (+21,9 dəfə) təşkil edib.

Eyni zamanda, Aİ-92 markalı avtomobil benzininin ümumi idxalının 85,3%-i  və ya 43.12,19 tonu  Rusiya benzininin payına düşür. Qalan 7.430,42 ton benzin isə  Türkmənistandan idxal edilib.

2022-ci ilin birinci rübündə idxal edilən benzin əsasən fevral və martda alınıb.   

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 2022-ci il fevralın 1-dən 2022-ci il iyunun 1-dək Aİ-95 və Aİ-92 markalı avtomobil benzinlərinin Azərbaycana idxalına görə gömrük rüsumları 15%-dən sıfıra endirilib.

Azərbaycanda Aİ-92 markalı benzinin idxalının artması Azərbaycanda bu neft məhsulunun yeganə  istehsalşısı olan  Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun planlı təmirə bağlanması olub. Bu zavod 40 günlük təmirdən sonra mayın 16-da yenidən istismara verilib. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol