• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ÜDM 7,2% artıb - Nazirdən AÇIQLAMA

Azərbaycanda ÜDM 7,2% artıb - Nazirdən AÇIQLAMA
31.05.2022 10:59
2022-ci il yanvar-aprelində Azərbaycanda Ümumi Daxili Məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən, 7,2% artaraq 39 mlrd. 554,8 mln. manat olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də paylaşım edib.

Nazir bu artımı Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq qiymətləndirib.

"Qeyri-neft-qaz sektoru üzrə isə 11,4% artaraq, 19 mlrd. 469,1 mln. manat olub. Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,2% az idi. Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artıb", - o deyib.
 
Dövlət Statistika Komitəsinin  son məlumatına görə, 2022-ci ilin yanvarında ölkədə 9257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 % çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8% artıb.

ÜDM istehsalının 54,4%-i sənaye, 8,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,0 %-i tikinti, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i informasiya və rabitə, 1,0 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 %-ni təşkil edibş

Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olmuşdur.

Ümumi Daxili Məhsul verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir.

 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol