• $
  • €
  • ₽
  • ₺
  • £

Peter Siyarto - Macarıstan Xəzər qazında maraqlıdır

Peter Siyarto - Macarıstan Xəzər qazında maraqlıdır
02.06.2022 10:40
Macarıstan qazının 85 %-ini Rusiya verir. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib.

"Macarıstan Rusiya qazına qoyulan sanksiyalarla razılaşa bilməz, çünki ölkənin onlara böyük ehtiyacı var. Arzu edirik ki, Xəzər qazı mərkəzi Avropada reallığa çevrilsin. Lakin bunu həyata keçirmək üçün ciddi investisiyalar lazımdır", - Macarıstan rəsmisi deyib.
 
Macarıstan "Qazprom" ilə imzaladığı 15 illik tədarük müqaviləsi çərçivəsində Rusiyadan hər il 4,5 milyard kubmetr təbii qaz idxal edir.
Rusiya qazının dost olmayan ölkələrə rublla satılması üçün yeni sistem aprelin 1-dən etibarən qüvvəyə minib. Bu səbəbdən Macarıstan da qazı rublla almağa davam edir.

Macarıstan Azərbaycan qazının qəbul edilməsində maraqlıdır. 2021-ci il martında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra  Siyarto bildirib ki, Macarıstanın qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək.

Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. "Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la da danışıqlara başlanılıb ki, lazımi kəmərlər tikilsin", - nazir demişdi.

Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.

 
Ləman Qasımova 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol