• $
  • €
  • ₽
  • ₺
  • £

Qaradağda inşa edilən stansiya nə vaxt hazır olacaq?

Qaradağda inşa edilən stansiya nə vaxt hazır olacaq?
02.06.2022 17:18
Qaradağda inşa edilən 240 MVt gücündə günəş elektrik stansiyası növbəti ilin sonuna qədər tamamlanacaq. Bunu "Masdar" şirkətinin Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Abdulla Zayed deyib.

"Bununla da ölkədə 110 min evi enerji ilə təmin etmək mümkün olacaq. Bu, struktur, maştabı baxımından ilk böyük layihə hesab edilir", - Zayed vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji üzrə böyük potensial var.

"Azərbaycanı bərpa olunan enerji mənbələri üzrə region mərkəzi kimi görürük. Külək, günəş enerjisindən istifadə ilə bağlı layihələrin daha da inkişaf etdirmək istəyirik", - şirkət rəsmisi deyib.

Cari il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.230 MVt gücündə "Qaradağ” Günəş Elektrik Stansiyası layihəsinin investisiya dəyəri 225 milyon ABŞ dollarından çoxdur.Bu layihə üzrə Azərbaycan ilə əməkdaşlıq edilən "Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.

Ləman Qasımova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol