• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qaz satışını artırıb - RƏSMİ AÇIQLAMA

Azərbaycan qaz satışını artırıb -  RƏSMİ AÇIQLAMA
10.06.2022 17:28
Azərbaycan qaz satışını 2022-ci ilin yanvar-mayında  27% artıraraq  9,4 milyard kubmetr çatdırıb. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

9,4 milyard kubmetr qazın 48%-i və ya 4,5 milyard kubmetri Avropaya nəql olunub. Hesabat dövründə  38% və ya 3,6 milyard kubmetr qaz Türkiyənin, 14% və ya 1,3 milyard kubmetr Gürcüstanın payına düşüb.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə TAP ilə Azərbaycandan 8,2 milyard kubmetr qaz nəql olunub.

Yataqlar istismara veriləndən iyunun 1-dək  "Azəri-Çıraq-Günəşli”dən 195,9 milyard kubmetrə yaxın, "Şahdəniz”dən isə 168 milyard kubmetrdən çox qaz hasil olunub. 

TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də "Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb.

Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri "Mərhələ-2” çərçvəsində "Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.

CQD layihəsinin əsas komponentləri bunlardır: "Şahdəniz” layihəsi üzrə "Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
 
"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndə iyunun 1-dək  591,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli”dən 555,3 milyon ton neft, "Şahdəniz”dən isə 36,3 milyon ton kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən iyunun 1-dək "Azəri-Çıraq-Günəşli”dən 195,9 milyard kubmetrə yaxın, "Şahdəniz”dən isə 168 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

 
Ləman Qasımova




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol