• $
  • €
  • ₽
  • ₺
  • £

TRACECA nəqliyyat dəhlizi ilə yükdaşımalar 6,7% artıb

TRACECA nəqliyyat dəhlizi ilə yükdaşımalar 6,7% artıb
17.06.2022 17:41
2022-ci ilin birinci rübündə  Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 2557,7 milyon ton-kilometr olub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb. 

Yük daşınmasında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə müvafiq olaraq yüklərin həcmi 6,7 faiz artaraq 10858,3 min ton təşkil edib.

Statistika Komitəsi bildirir ki, yüklərin 6115,1 min tonu və ya 56,3%-i avtomobil nəqliyyatı, 3507,0 min tonu və ya 32,3%-i dəmir yolu nəqliyyatı, 1236,2 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 23,8 faizini və ya 2585,3 min tonunu tranzit yüklər təşkil edib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol