• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işsiz əhali azalıb - RƏSMİ

Azərbaycanda işsiz əhali azalıb - RƏSMİ
17.06.2022 18:05
Azərbaycanda işsiz əhalinin sayı 2022-ci ilin mayında 1.6 min nəfər, azalaraq 313.3 min nəfərə düşüb. Bu barədəAzərbaycanın Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.

DSK bildirir ki, bu da işsizlik səviyyəsinin son ayda 5.88 %-ə düşməsi deməkdir.

"2022-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 325.7 min nəfər olmuş, onlardan 5 milyon 012.4 min nəfərini məşğul əhali təşkil edib”, - o bildirib.

Azərbaycanda rəsmi işsizlik pandemiyadan sonra 2021-ci ilin fevralında 7.16 %-ə yüksəlmişdi.

Ölkə Prezidenti İlham Əliyev cari ilin martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən Azərbaycanda yoxsulluğun səviyyəsinin təxminən 5% olduğunu deyib. 
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, pandemiya başlayandan rəsmi rəqəmlərdə işsizlik və yoxsulluq 2% artıb.

"2020-ci ildə, yəni COVID Azərbaycanda yayılmağa başladığı andan işsizlik 4,8%-dən 6%-ə, yoxsulluq  4%-dən 6%-ə qalxıb. Bu rəqəmləri Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb. Dəqiq məlumat üçün daha əsaslı mənbələrə söykənən statistikaya ehtiyac var. Amma ölkədə təəssüf ki, DSK-dən başqa statistika aparan alternativ qurum yoxdur. Amma pandemiya, eləcə də Rusiya-Ukrayna müharibəsindən dolayı ölkədə yoxsulluğa səbəb olacaq hadisələr baş verib. Sözügedən hadisələr fonunda qiymətlər artıb. 2022-ci ilin fevralında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1%, əvvəlki ilin fevralına nisbətən 17,2% yüksəlib. Azərbaycanda insanlar gəlirinin 51 %-ni ərzaqla xərcləyir, bu çox böyük rəqəmdir. İnkişaf etmiş ölkələrdə qida məhsuluna xərclənən pul 15-25% arası dəyişir. Sözügedən 51 %-ni üzərinə kommunal, zəruri tibbi xərclər gələndə yoxsulluq səviyyəsinin artacağı qaçılmazdır", ekspert dedi.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə yoxsulluq və işsizlik probleminin aradan qalxması üçün mütəmadi olaraq işlər gördüyünü bildirir. 
 
"Ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib, yalnız 2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edib. Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60%, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu 2 dəfədən çox artıb.Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edilib. Bu yardımın orta aylıq məbləği son bir ildə 17% artıb, 2020-ci ildə COVID-19 pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynayıb. Həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 %-nin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edilib, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artıb", nazir Sahil Babayev ictimaiyyətə bildirib. 

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi bildirib ki, 2023 və 2024-cü illərdə Azərbaycanda yoxsulluq 4,9 və 4,7 faiz təşkil edəcək.
Azərbaycanda orta aylıq əməkhaqqı isə 300 AZN təşkil edir. 
 
Ləman Qasımova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol