• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC-in əldə etdiyi gəlirlər 77% artıb - HESABAT

OPEC-in əldə etdiyi gəlirlər 77% artıb - HESABAT
28.06.2022 15:10
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) OPEC ölkələrinin 2021-ci ildə neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər ötən illə müqayisədə 77% artaraq, 560,633 milyard dollara çatıb. Bu barədə OPEC-in illik statistik bülletenində yazılıb.
 
2021-ci ilin nəticələrinə əsasən, yalnız OPEC ölkələrinin neft ixracı illik 0,2% azalıb. Belə ki, bu göstərici gündəlik 19,66 milyon barel təşkil edib. Bununla da sözügedən rəqəmlərdə azalma artıq beşinci ildir ki, müşahidə olunur.

Əvvəlki illərdə olduğu kimi, OPEC-ə üzv olan ölkələrdən neftin əsas həcmi – gündəlik 14,24 milyon barel və ya 72,4%-i Asiyaya ixrac edilib. İxrac edilən neftin həcminin əhəmiyyətli hissəsi – gündəlik təqribən 3,27 milyon bareli Avropaya ixrac edilib. 2020-ci ildə bu göstərici 3,13 milyon barel səviyyəsində olub.
 
Hesabata görə, ötən il dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2020-ci illə müqayisədə 0,5% azalaraq, 205,865 trilyon kubmetr təşkil edib.  Təsdiq edilmiş qaz ehtiyatlarının həcminə görə, birinci yerdə Rusiya (47,759 trilyon kubmetr), ikinci yerdə İran (33,988 trilyon kubmetr), üçüncü yerdə Qətər (23,831 trilyon kubmetr), dördüncü yerdə Türkmənistan (13,95 trilyon kubmetr), beşinci yerdə isə ABŞ (12,246 trilyon kubmetr) qərarlaşıb.
 
OPEC, dünyanın ən böyük neft istehsal edən ölkələrindən ibarət hökumətlərarası bir təşkilat olan Neft İxrac edən Ölkələr Təşkilatıdır. 1960-cı ildə İraqın Bağdad şəhərində qurulmuş və 1962-ci ilə qədər Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmamışdır. Hal-hazırda qərargahı Avstriyanın Vyana şəhərindədir.

Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol