• $
  • €
  • ₽
  • ₺
  • £

"Azexport" 3 milyard 40 milyon dollarlıq sifariş qəbul edib

"Azexport" 3 milyard 40 milyon dollarlıq sifariş qəbul edib
01.07.2022 13:22
"Azexport" portalı fəaliyyətə başladığı 2017-ci ilin yanvarından 2022-ci ilin mayın sonuna qədər (65 ay ərzində) 145 ölkədən 3 milyard 40 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayına bildirilir.

Bunun 215 milyon ABŞ dolları 2022-ci ilin yanvar-may aylarının, 52,3 milyon ABŞ dolları isə may ayının payına düşüb. Bu da müvafiq olaraq illik 20,7 mln dollar və ya 10,65%, aylıq müqayisədə isə 22,2 mln dollar yaxud 73,75% çoxdur.

Mayda ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib.

Portal Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda "Made in Azerbaijan” brendi ilə təşviqinə dəstək verir. 
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol