• $
  • €
  • ₽
  • ₺
  • £

6 ay ərzində dövlət xərcləri nə qədər olub? - RƏQƏMLƏR

6 ay ərzində dövlət xərcləri nə qədər olub? - RƏQƏMLƏR
05.07.2022 15:07
2022-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 8714,1 milyon manatı və ya 67,4 %-i cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1059,2 milyon manat və ya 13,8 % çox), 3434,8 milyon manatı və ya 26,5 %-i əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 382,7 milyon manat və ya 12,5%  çox), 787,7 milyon manatı və ya 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 95,8 milyon manat və ya 10,8 %  az) yönəldilib.
 
Bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda bildirilib. 

Cari ilin ilk altı ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,8 faizini (2021-ci illə müqayisədə 0,7 faiz-bənd çox) təşkil etməklə 5799,8 milyon manat məbləğində icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 688,0 milyon manat və ya 13,5 faiz çoxdur.
 
2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 12855,1 milyon manat proqnoza qarşı 12936,6 milyon manat və ya 100,6 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1346,1 milyon manat və ya 11,6 faiz çoxdur.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol