• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncənin əhalisi 1 milyona çatdırılacaq

Gəncənin əhalisi 1 milyona çatdırılacaq
19.04.2014 11:06
Azərbaycanın ikinci ən böyük şəhərinin əhalisinin sayı hazırda 336 min 100 nəfərdir, bunun 3 dəfə artırılması planlaşdırılırGəncə İcra Hakimiyyətinin (İH) başçısı Elmar Vəliyev şəhərin əhalisini 1 milyona çatdıracağını deyib. İH başçısı bu barədə I rübün yekunları ilə bağlı keçirdiyi toplantıda bildirib.Elmar Vəliyev bunu necə edəcəyini də söyləyib. Şəhərin müxtəlif yerlərində 12 mərtəbəli binalardan ibarət şəhərciklər salınacaq. Bu zaman o, “Yeni Gəncə” massivində artıq işə başlandığını bildirib. Orada 12 ədəd 12 mərtəbəli bina tikintisinə başlanıb. Eyni zamanda o, Gəncənin Abbas Səhhət xəstəxanasının və Heydər Əliyev park kompleksinin yaxınlığında da 12 mərtəbəli binalardan ibarət şəhərciklər tikiləcəyini deyib. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə əhalisinin sayı hazırda 336 min 100 nəfərdir. İH başçısının planı şəhər əhalisini 3 dəfə artırılması deməkdir. Yeni iş yerləri açılmadan heç bir tikinti ilə şəhərə bu qədər əhali cəlb etmək mümkün deyil. Sovet dövründə 22 böyük müəssisənin işlədiyi bu şəhərdə bu gün yalnız bir böyük müəssisə - Gəncə Gil Torpaq Kombinatı işləyir. İri xalça, mahud, farfor, toxuculuq, əyiricilik, pambıq emalı, yağ-piy emalı, elektronika, maşınqayırma, cihazqayırma, qənnadı, aviasiya müəssisələrinin işini dayandırdığı bir şəhərdə belə planlar böyük səy istəyir.ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol