• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”nın aktivləri 1,37 milyard manatı keçmişdir

“Bank Respublika”nın aktivləri 1,37 milyard manatı keçmişdir
25.07.2022 13:49
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank özünün inkişaf tempini daha da sürətləndirmiş və dinamik inkişafını davam etdirərək, ölkənin bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirmişdir.

 "1 iyul 2022-ci il tarixinə bankın aktivləri 1,378 milyard manat çatmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək məbləğdə kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 14% artaraq 106,7 milyon manat olmuş və minimum məcmu kapital normasını təqribən 2 dəfə üstələmişdir.

"2021-ci ilin birinci yarımilliyi ilə müqayisədə Bankın xalis faiz mənfəəti 58% artaraq 38,78 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 14,5 milyon manata, xalis mənfəəti isə 12,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% çoxdur.
Hesabata əsasən, Bankın  kredit portfelinin 70%-i Bank üçün prioritet sahə olan real sektordan olan müştərilərin maliyyələşdirilməsinə yönəlmiş biznes kreditləri təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlığın kreditləşdirilməsinə yönəldilmiş kredit portfeli 48% artmışdır. Diqqət çəkən müsbət məqamlardan biri də odur ki, keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 0,77% təşkil etmişdir.

Bankın depozit portfeli 822,3 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərdən biridir. Bu öz növbəsində böyük sayda müştərilərin Bank Respublikaya tam olaraq etibar etdiyini bir daha təsdiq edir.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol