• $
  • €
  • ₽
  • ₺
  • £

AÇG yatağında neft hasilatı son 11 ildə 38 faiz azalıb – Rəqəmlər

AÇG yatağında neft hasilatı son 11 ildə 38 faiz azalıb – Rəqəmlər
04.08.2022 13:21
2022-ci ilin ilk yarısı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Çıraq”, "Mərkəzi Azəri”, "Qərbi Azəri”, "Şərqi Azəri”, "Dərinsulu Günəşli” və "Qərbi Çıraq” platformalarından birlikdə 77 milyon barel (10 milyon ton) və ya gündə orta hesabla 424 min barel neft hasil edilib. 

Bu barədə "BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilat 9,4% və ya 8 milyon barel az olub.

Gündəlik hasilat – "Çıraq” plantformasında 25 min, "Mərkəzi Azəri”də 108 min, "Qərbi Azəri”də 109 min, "Şərqi Azəri”də 62 min, "Dərinsulu Günəşli”də 78 min və "Qərbi Çıraq”da 42 min barel olub. Əvvəlki illə müqayisədə istisnasız olaraq bütün platformalarda gündəlik neft hasilatı aşağı düşüb.

2022-ci ilin ilk yarısında AÇG-də ümumilikdə 136 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 4 ədəd artıb, qaz və su injektor quyularının sayı isə 7 ədəd azalıb.  

 AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən "Şevron” şirkətini əvəz edib)  (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

Son 11 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
 
Son 11 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
İllər Hasilat
(milyon barel)
Quyuların sayı
(ədəd)
2-ci rüb 2012 124,5 86
2-ci rüb 2013 122 103
2-ci rüb 2014 118,8 117
2-ci rüb 2015 116 127
2-ci rüb 2016 119 145
2-ci rüb 2017 106 160
2-ci rüb 2018 108 169
2-ci rüb 2019 98 175
2-ci rüb 2020 91 178
2-ci rüb 2021 85 183
2-ci rüb 2022 77 181



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol