• $
  • €
  • ₽
  • ₺
  • £

Ağalı kəndində ABB-nin Mastercard və Maestro kartları ilə sərfəli alış-veriş!

Ağalı kəndində ABB-nin Mastercard və Maestro kartları ilə sərfəli alış-veriş!
13.09.2022 16:14
Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Rahat” marketdə alış-veriş 10% keşbek qazandıracaq. Bunun üçün ödənişi ABB-nin Mastercard və Maestro kartları ilə həyata keçirmək kifayətdir. Bir ödəniş kartı üzrə ümumilikdə əldə oluna biləcək keşbekin maksimal məbləği 50 AZN-dir. Hesablanmış keşbeklər hər növbəti ayın əvvəlində kart hesabına köçürüləcək. Kampaniya Mərkəzi Bank, ABB və Mastercard beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində Ağalı kəndində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə həyata keçirilir.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə inşa olunan yeni yaşayış məskənlərinin "Ağıllı kənd" konsepsiyası əsasında tikilməsi planlaşdırılır. "Ağıllı kənd" konsepsiyası insanların həyatını asanlaşdırmağı, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. 
Artıq yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb. Həyata keçirilən quruculuq proseslərinə paralel olaraq ABB işğaldan azad olunan bütün  ərazilərdə müasir və universal bankçılıq xidmətlərinin göstərilməsini təmin edəcək. 
Xatırladaq ki, ABB işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Belə ki, 2020-ci ilin dekabr ayının əvvəlindən Hadrut qəsəbəsində Bankın ilk ATM-i quraşdırılıb.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol