• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir

Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir
05.10.2022 10:42
Kapital Bank hər zaman yeni və rahat xidmətləri müştərilərə təqdim edən ən fəal banklardandır. Bu dəfə Kapital Bank mikro biznes müştərilərinə yeni bir xidmət təklif edir!  Belə ki, ilk dəfə olaraq mikro bizneslə məşğul olan fərdi sahibkarlar banka gəlmədən, öz işindən ayrılmadan, əlavə vaxt itirmədən daha rahat şəkildə bizneslərinin inkişafı üçün nağd pul krediti əldə edə biləcəklər.


Bunun üçün müştəri Kapital Bank-ın korporativ saytındakı "Mikro Kredit” bölməsinə daxil olmaqla banka müraciət ünvanlayır. Sonrakı mərhələdə bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin Kapital Bank-da olan biznes kartına və ya sahibkar hesabına köçürür. Kart da bank tərəfindən müştəriyə çatdırılır.


Hər addımda müştəri məmnuniyyətini artırmağı hədəf seçən Kapital Bank-ın mikro biznes müştərilərinə daha bir yeniliyi isə sahibkar hesabı Kapital Bank-da olan müştərilərə dövriyyə əsasında kredit götürmə imkanının yaradılmasıdır. Belə ki, yeni təhlil modelinə əsasən müştərilər ənənəvi kreditləşmə prosesini keçmədən, yəni biznes və yaşayış yerlərinə vizit edilmədən kredit əldə edə biləcəklər. Xüsusi ilə qeyd etmək istəyirik ki, sahibkar hesabı Kapital Bank-da xidmət alan müştərilərə Mikro kreditlər heç bir təminat, zamin və ya girov tələb edilmədən verilir. 

 Kapital Bank-da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 ayadək müddətə, 16%-dən başlayan illik faiz dərəcəsi ilə verilir. Ətraflı məlumat üçün – www.kbl.az/mbkpr keçidindən istifadə edərək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol