• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal buğda istehsalı rekord həddə çatacaq

Qlobal buğda istehsalı rekord həddə çatacaq
05.10.2022 12:22
Dünyada qlobal buğda istehsalının 2022/2023-cü məhsul ili üzrə rekord hədd olacaq 783.9 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da avqust proqnozundan 4.3 milyon ton yüksəkdir. Bu məlumat "Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına aid qısa icmal" sənədində öz əksini tapıb.
 
Sənədə əsasən,qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 10 milyon ton azalaraq 1060 milyon ton olacağı təxmin edilir. Dünya buğda ticarətinin 2022/2023-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6 milyon ton artaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
 
"2021/2022-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcmi 6 milyon ton artaraq 227 milyon ton olması proqnozlaşdırılır. 2021/2022-ci məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində dünyada buğda üzrə istehlakın 4 milyon ton azalaraq 791 milyon ton olacağı proqnozlaşdırılır.  Proqnozlar reallaşacağı təqdirdə 2021/2022-ci məhsul ili ilə müqayisədə qlobal buğda ehtiyatlarının həcminin 2.60% azalaraq 269 milyon ton olacağı gözlənilir. Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34.0% səviyyəsində olacaq. Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcmi sabit olaraq 59.0 milyon ton, istehsal həcmi isə 2021/2022-ci məhsul ili ilə müqayisədə 8 milyon ton çox (392 milyon ton) olacağı gözlənilir. Bununla da, əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 8 milyon ton çox (451 milyon ton) olacaq. Çində ilin əvvəlinə olan qalıq həcminin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 142 milyon ton olması gözlənilir. Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində istehsal həcminin 3.60% artaraq 138.9 milyon ton olması, ixracın isə 1.0% artaraq 62.7 milyon ton olması proqnozlaşdırılır", sənəndə göstərilib. 
 
Ləman

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol