• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsinin xərcləri AÇIQLANIB

Dövlət büdcəsinin xərcləri AÇIQLANIB
21.10.2022 10:24
2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 21039,2 milyon manat proqnoza qarşı 20470,7 milyon manat və ya 97,3 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2758,7 milyon manat və ya 15,6 faiz çoxdur.
 
Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsi xərclərinin 12669,4 milyon manatı və ya 61,9 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1194,4 milyon manat və ya 10,4 faiz çox), 6608,3 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1884,8 milyon manat və ya 39,9 faiz çox), 1193,0 milyon manatı və ya 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 320,5 milyon manat və ya 21,2 faiz az) yönəldilib.
 
Cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41,2 faizini təşkil etməklə 8442,0 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786,9 milyon manat və ya 10,3 faiz çoxdur.
 
2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1668,9 milyon manat (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir.), mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 faiz və ya 40,1 milyon manat, təhsil xərclərinə 18,9 faiz və ya 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 faiz və ya 219,0 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 faiz və ya 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 faiz və ya 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 faiz və ya 37,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 faiz və ya 80,4 milyon manat çox vəsait yönəldilib.
 
2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5136,0 milyon manat icra olunub.
 
Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol