• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb
01.11.2022 11:41
 2022-ci ilin yanvar-avqustunda Azərbaycan "Şahdəniz” yatağından Türkiyəyə 5 milyard 699,17 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,5% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurası (EPDK) məlumat verib. 

Şuranın məlumatına görə, 2022-ci ilin avqustunda  Azərbaycandan Türkiyəyə qaz ixracı 538,79 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,53% azdır. Avqustda Türkiyəyə ixrac olunan qazın 14% Azərbaycanın payına düşüb.

Ümumilikdə avqustda Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə üçüncü yerdə qərarlaşıb. Birinci yerdə qaz ixracının  54,84%-ni təşkil edən Rusiya, ikinci yerdə İran (23,49%), dördüncü yerdə Əlcəzair (7,69%) durur. 

2022-ci ilin avqustunda Türkiyəyə ümumi qaz ixracı 3 milyard 852,87 milyon kubmetr təşkil edib (2021-ci ilin avqust ayı ilə müqayisədə 7,62% azdır).

Bununla yanaşı, boru kəməri ilə nəql edilən qazın payına 3 milyard 556,73 milyon kubmetr (bütün tədarüklərin 92,31 faizi, artım 0,86 faiz), LNG-nin payına isə 296,14 milyon kubmetr (bütün tədarüklərin 7,69 faizi, azalma 54,04 faiz) düşüb.

Ümumilikdə avqustda Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri, Əlcəzair - LPG) həyata keçirilib.

Türkiyə "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazı ilə təchiz edilir.

2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Mərhələ-1 - 11 milyard kubmetr təbii qazın alqı-satqısına dair yeni saziş imzalayıb. Müqavilə çərçivəsində tədarüklər 2021-ci il oktyabrın 1-dən başlayıb. Yeni müqavilə üzrə 2022-ci il üçün tədarüklər 2,55 milyard kubmetr həcmində nəzərdə tutulub. Müqavilə üzrə tədarükün həcmi ən yüksək həddə ildə 3,7 milyard kubmetr səviyyəsində təmin edilir.

Azərbaycan 2021-ci ildə ümumilikdə "Şahdəniz” yatağından Türkiyəyə 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol