• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 4 subyekt Ağdam Sənaye Parkına daxil olub

Daha 4 subyekt Ağdam Sənaye Parkına daxil olub
02.11.2022 16:16
"Rail Trans Service", "Mister Decor", "Almet Holding" və "Eel Electric" Ağdam Sənaye Parkının rezidenti olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu şirkətlərin investisiyalarının həcmi 27 milyon manat təşkil edəcək və onlar 250-dən çox daimi iş yeri yaradacaq", - Cabbarov rəsmi Facebook səhifəsində yazıb.

İndiyə kimi Ağdam Sənaye Parkına 7 sahibkar subyekti  daxil idi. Onlar tərəfindən ümumilikdə 50 milyon manatdan çox investisiya yatırmaq planlaşdırılırdı. Daha 4 sahibkar subyekt daxil olduqdan sonra onların sayı 11-ə çatıb. 

Cabbarov bundan əvvəl bildirmişdi ki, İqtisadiyyat Nazirliyi Ağdam Sənaye Parkında həyata keçirilməsi üçün 15 yeni layihəni nəzərdən keçirir. Bu layihələrə sərmayə qoyuluşu 60 milyon manat həcmində qiymətləndirilir, onların həyata keçirilməsi 800 nəfərin daimi işlə təmin olunmasına imkan verəcək.

2021-ci il mayın 28-də Azərbaycan prezidenti İlham Əliyev Ağdam Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sənaye parkının ərazisi 190 hektardır.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol