• $
  • €
  • ₽
  • ₺
  • £

BP yanvar-sentyabrda AÇG blokunda neft hasilatını 9,5% azaldıb

BP yanvar-sentyabrda AÇG blokunda neft hasilatını 9,5% azaldıb
03.11.2022 14:07
2022-ci ilin yanvar-sentyabrında "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatı təqribən 114 milyon barel (15 milyon ton) təşkil edib. 

2021-ci ilin yanvar-sentyabrında AÇG blokundan ümumilikdə 126 milyon barel (17 milyon ton) neft hasil edilib. Belə ki, bu müqavilə sahəsindən 2022-ci ilin yanvar-sentyabrnda barellə neft hasilatı 9,5% azalıb.

BP-nin məlumatına görə, AÇG blokunun işlənməsi layihəsinin dəyəri 2021-ci ilin yanvar-sentyabrı ilə müqayisədə 6,1% azalaraq 1 milyard 541 milyon dollar təşkil edib.
 
"Əməliyyat xərcləri 337 milyon dollar, kapital  xərcləri isə 1 milyard 204 milyon dollar təşkil edib”, - şirkətdə qeyd olunub.

2022-ci ilin yanvar-sentyabrında blokda orta gündəlik neft hasilatı 418 min barel (2021-ci ilin yanvar-sentyabrında 461 min barel) təşkil edib. Eyni zamanda, "Çıraq" platformasından orta hesabla 25 min barel (2021-ci ilin yanvar-sentyabrında 29 min barel), "Mərkəzi Azəri"də - 105 min barel (109 min barel),  "Qərbi Azəri"də - 108 min barel (115 min barel), "Şərqi Azəri"də - 63 min barel (77 min barel), "Dərinsulu Günəşli"də -77 min barel (87 min barel) ), "Qərbi Çıraq"da - 40 min barel (44 min barel)  neft hasil edilib.

"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yatağının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%) yataqların istiması üzrə konsorsiuma daxil olublar.

Yeni saziş çərçivəsində investisiyalar 2050-ci ilə qədər olan dövr üçün 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olması planlaşdırılır.

N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol