• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın əməkdaşı İnnovasiya üzrə mükafat aldı

Kapital Bank-ın əməkdaşı İnnovasiya üzrə mükafat aldı
19.12.2022 12:21
Xəbər verdiyimiz kimi 13 dekabr 2022-ci il tarixində Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçirildi. "Bakı dünyaya səslənir!” şüarı ilə keçirilən tədbir PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutdu. Kapital Bank isə sammitin baş sponsoru idi. 

Sammit çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq İnnovasiya sahəsində çalışan dövlət və özəl sektor nümayəndələrinə "IDDA Awards" mükafatı təqdim edildi. Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə də bu mükafat çərçivəsində "Ölkənin İnnovasiya sahəsinin ən dəyərli insanı” mükafatına layiq görüldü. Kapital Bank ölkə bankları arasında mükafat alan yeganə maliyyə qurumu idi. 

Qeyd edək ki, sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərmək idi. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol