• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın kapitalı 31 milyon manat artıb

Unibankın kapitalı 31 milyon manat artıb
06.01.2023 20:14
 Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda uğurla yekunlaşıb. 

Kapitallaşma prosesinin başa çatması nəticəsində bankın təkcə nizamnamə kapitalı 19 milyon manata yaxın artaraq, hazırda 149 386 358 AZN təşkil edir. Bank tərəfindən investisiya qiymətli kağızı olan istiqrazların buraxılışı ilə reallaşan ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub. 

Hazırda bankın nominal dəyəri 2,72 manat olan adi adlı, səs hüququ verən sənədsiz səhmlərinin sayı 54 921 455 ədəddir. 

Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafına da öz təsirini göstərib. Ötən il ərzində "Unibank”ın aktivlərinın həcmində 35%-dən çox artım qeydə alınıb. 

Unibank-Sənin Bankın!



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol