• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteni Rusiya ilə əməkdaşlığı davam etdirir

Bakı Metropoliteni Rusiya ilə əməkdaşlığı davam etdirir
24.01.2023 22:39
Bakı Metropoliteni Rusiyanın "Metrovaqonmaş” ASC (Transmaşholdinq QSC, TMH şirkətlər qrupuna daxildir) ilə bağlanmış müqavilə əsasında alınan yeni vaqonları xəttə buraxıb.

"Ötən ilin dekabrında Azərbaycana gətirilən 4-cü nəsil 81-765B./81-766B modelli beş vaqondan ibarət yeni qatar xəttə buraxılıb. Ümumilikdə hər biri beş vaqondan ibarət 4 qatar ölkəyə gətirilib ki, onlardan da biri istismara verildikdən sonra dekabrın son günlərində xəttə buraxılıb. Daha iki qatarda işə salma və sazlama işləri aparılır, yaxın vaxtlarda onlar xəttə buraxılacaq”, - məlumatda deyilir.

Bakı Metropolitenindən verilən məlumata görə, yeni vaqonlar istismar müddəti bitmiş köhnələri əvəz edəcək.

Yeni qatarlar əsasən "Həzi Aslanov-Dərnəgül” metrostansiyasının yaşıl xətti ilə hərəkət edəcək.

Müasir metro qatarlarının ümumi sayı 21-ə (105 vaqon) çatdırılıb.

"Metrovaqomaş” şirkəti ilə 12 beş vaqonlu metro qatarından ibarət 81-765.4B / 766.4B seriyalı 60 vaqonun istehsalı üzrə müqavilə 2019-cu ilin oktyabrında imzalanıb. Müqavilə 2020-2023-cü illərdə Azərbaycana  20 müasir metro vaqonunun idxalını nəzərdə tutur.
 
2020-ci ilin iyununda imzalanmış müqaviləyə əsasən isə daha  20 müasir vaqon alınıb.

Yeni qatarların vaqonlarında hərəkət qabiliyyəti məhdud olan sərnişinlər üçün yerlər, əlil arabaları və velosipedlər üçün yerlər var. Qatarın dizaynı bütün vaqonlardan tək keçidi nəzərdə tutur ki, bu da koronavirus pandemiyası zamanı xüsusilə vacibdir. Keçid sərnişinlər arasında sosial məsafə saxlamaqla qatarın içində sərbəst hərəkət etməyə imkan verir.

81-765.4B/766.4B seriyalı metro vaqonları havanı dezinfeksiya edən kondisioner və ventilyasiya sistemləri ilə təchiz edilib.  UV lampaları ilə təchiz edilən avtomatik hava dezinfeksiya sistemi virus və bakterial infeksiyaların, o cümlədən COVID-19-un yayılmasına qarşı əlavə qorunma təmin edir.

"Metrovaqonmaş” 1967-ci ildən Azərbaycanın paytaxtını vaqonlarla təchiz edir. Hazırda Bakı Metropolitenində MVM-də istehsal olunan 300-dən çox vaqon işləyir.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol