• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dövlət satınalmalarının həcmi açıqlanıb

Azərbaycanda dövlət satınalmalarının həcmi  açıqlanıb
31.01.2023 23:49
2022-ci ildə Azərbaycanda dövlət satınalmalarının həcmi 6,8 milyard manata yaxın olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2022-ci ildə dövlət satınalmalarının həcmi 6 milyard 779,2 milyon manat təşkil edib. 

"2021-ci ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə dövlət satınalmalarında artım 12,8% təşkil edib", - Abbasbəyli çərşənbə axşamı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 4 milyard 500,8 milyon manat (artım 70,1%) tender vasitəsilə dövlət satınalmalarının payına düşüb.

"2022-ci ildə elektron dövlət satınalmalarının həcmi 1 milyard 272,1 milyon manata çatıb və 2021-ci illə müqayisədə 18,8 faiz artıb”, - Abbasbəyli vurğulayıb.

Onun sözlərinə görə, tenderlərdə kiçik və orta biznes nümayəndələrinin payı 95 faiz təşkil edib.
 
Abbasbəyli həmçinin bildirib ki,  Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2022-ci ildə antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı 48 iş yekunlaşıb. 

"Ümumilikdə 2022-ci ildə 60 iş başlanıb, onlardan 48-i üzrə icraat yekunlaşıb və qanun pozucularına qarşı 6,47 milyon manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib. "Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərinin pozulması faktı üzrə 17, haqsız rəqabət üzrə 43 işə baxılıb”, - deyə Abbasbəyli  deyib. 

Onun sözlərinə görə, hazırda 12 işə baxılması davam edir.

 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol