• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycan qaz ixracını 24,5 milyarda çatdıracaq

Bu il Azərbaycan qaz ixracını 24,5 milyarda çatdıracaq
03.02.2023 14:00
2023-cü ildə Azərbaycan 24,5 milyard kubmetr qaz ixrac edəcək. Bunu Prezident İlham Əliyev deyib.

"Azərbaycandan təbii qazın ixracı artır. 2021-ci ildə bu, təqribən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr təşkil edib. Bu il isə 24,5 milyard kubmetr gözlənilir", - Əliyev cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 9-cu iclasında çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti onu da vurğulayıb ki, rəsmi Bakı 2027-ci ilə qədər qaz ixracını iki dəfə artırmağı planlaşdırır.
 
"Bu mümkündür, çünki bizim bunun üçün resurslarımız var. Təbii qaza gəlincə, mən dəfələrlə demişəm ki, təbii qaz ehtiyatlarımız bizə və tərəfdaşlarımıza ən azı 100 il kifayət edəcək", - o əlavə edib.

Əliyev bildirib ki, Azərbaycan elektrik enerjisi və təbii qaza olan daxili ehtiyacları birləşdirəcək proqram üzərində işləyir.
 
"Bu, hazırda Azərbaycanda elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz qaza daha çox qənaət etmək məqsədilə ediləcək", - o vurğulayıb.
 
Prezidentin sözlərinə görə, Cənub Qaz Dəhlizinin işə salınmasından iki ildən bir qədər çox vaxt keçib. Lakin  bu gün artıq TANAP qaz kəmərinin (16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər), TAP-ın ötürücülüyünün 10 milyarddan 20 milyard kubmetrə çatdırılmasından danışılır. 

Prezident əlavə edib ki, bu il yeni yataqların istifadəyə verilməsi və "Şahdəniz” yatağından qaz hasilatının artırılması gözlənilir.

"Bu il biz yeni yataqlardan hasilat gözləyirik və mövcud "Şahdəniz" yatağında hasilatın artırılması mütləq gündəmdədir. Biz daxili enerji səmərəliliyi haqqında da düşünürük. Biz itkilərin azaldılması proqramı üzərində işləyirik", - Əliyev deyib.
 
Bu gün Bakıda, "Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir.
 
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur.

Tədbir "Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, "Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək.

Həmçinin Məşvərət Şurası çərçivəsində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.

Sonda iclasların yekunlarına dair mətbuat konfransı keçiriləcək.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol