• $
  • €
  • ₽
  • ₺
  • £

Leobank və Unicapital sizə xarici şirkətlərin səhmdarı olmaq imkanı yaratdı

Leobank və Unicapital sizə xarici şirkətlərin səhmdarı olmaq imkanı yaratdı
07.02.2023 17:29
"Unibank”ın "Leobank" mobil bankçılıq xidməti və ölkənin innovativ investiya şirkəti olan "Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə tərəfdaşlığı nəticəsində, Azərbaycanda ilk dəfə yerli mobil bankçılıq tətbiqi üzərindən investisiya xidmətləri istifadəyə verilib.

Yeni xidmət investisiya şirkətinin ofisinə gəlmədən, investisiya hesabının açılması prosesinin sadələşdirilməsini əhatə edir.

"Leobank” mobil tətbiqinin istifadəçiləri "İnvestisiyalar” bölməsi vasitəsilə qlobal maliyyə bazarlarına çıxaraq, xarici şirkətlərin səhmdarı olmaq imkanını əldə ediblər.

Beləliklə, yüzlərlə maliyyə alətlərinə yatırım edib, nüfuzlu şirkətlərin pay sahibi ola, səhm, investisiya fondları, kriptovalyuta (CFD) kimi maliyyə aləti ilə ticarət etmək, artıq "Leobank” mobil tətbiqi üzərindən investisiya hesabı açmış "Unicapital” müştəriləri üçün əlçatan olub.

Bu yenilik yerli maliyyə bazarlarının inteqrasiyası və əlçatanlığının yüksəldilməsinə xidmət etməklə, Azərbaycanda investisiya xidmətlərinin təşkili və göstərilməsi üçün yeni mərhələ yaratmış olur. Mobil tətbiq istifadəçiləri investisiya bölməsinin aşağıdakı imkanlarından yararlana biləcək:
Rahat və geniş funksionallıq

Bir kliklə nüfuzlu qlobal şirkətlərin səhmdarı olmaq imkanı

Təcrübəli və etibarlı tərəfdaş olan "Unicapital İnvestisiya Şirkəti” ASC-nin dəstəyi

Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik "Unibank KB” ASC-yə məxsus olan "Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət ötən ildə Azərbaycanın ilk yerli investisiya platforması olan "UTrader” platformasını istifadəyə verib.

Mövcud müştərilər tərəfindən yüksək marağa səbəb olan yeni xidmət artıq aktiv istifadə olunur və çox sayda müsbət rəy əldə edib.
Yuxarıda qeyd olunan bölmə "Leobank”ın 28 aprel 2022-ci il tarixindən sonra qeydiyyatdan keçmiş və "Unicapital İnvestisiya Şirkəti” ASC investisiya müqaviləsini imzalamış müştəriləri üçün aktivdir.

Xidmətə hələ də qoşulmamış "Leobank” istifadəçiləri isə iş saatları çərçivəsində istənilən vaxt "Unibank”ın filiallarına yaxınlaşaraq, müvafiq sənədləri imzalayıb, yeni xidmətə qoşula bilərlər.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol