• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbul birjasında ticarətin dayandırılması uzadıla bilər

İstanbul birjasında ticarətin dayandırılması uzadıla bilər
13.02.2023 15:18
Türkiyə hakimiyyəti İstanbul Birjasında ticarətin dayandırılmasını uzadmağı düşünür. Bu barədə Bloomberg Türkiyədəki mənbələrinə istinadan məlumat yayıb.

Agentliyin məlumatına görə, ticarətin bərpası bazar tənzimləyiciləri tərəfindən təxirə salına bilər. Hələlik yekun qərar verilməyib. 

Fevralın 8-də İstanbul Birjasının rəhbərliyi dağıdıcı zəlzələ fonunda ticarəti fevralın 14-ü axşama qədər dayandırdığını açıqlayıb. Fevralın 8-də edilən bütün əməliyyatların ləğvi də qərara alınıb. Bu tədbirlər "birjanın etibarlı, şəffaf, səmərəli, rəqabətədavamlı və stabil fəaliyyətini təmin etmək” məqsədi ilə həyata keçirilir.

Həmin günün səhəri ticarətin açılışından sonra birjanın əsas indeksi (BIST100) 5%-dən çox ucuzlaşıb və treyderlər arasında həddindən artıq volatillik və panikadan qorunmaq üçün ticarətin avtomatik dayandırılması sistemi işə salınıb. İkinci dəfə indeks 7%-dən çox düşdükdə sistem ticarəti dayandırılıb.
 
Fevralın 7-də Türkiyənin cənub-şərqində iki dəfə 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin 10 vilayətində dağıntılara səbəb olub. Son məlumatlara görə zəlzələ nəticəsində ölənlərin sayı 31 mini keçib.
 
Gülnar Nazimqızı 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol