• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb
17.03.2023 12:59
Bu yanvar-fevral aylarında Azərbaycanda 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdr.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 1,9 % artaraq 46,4 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,4 % artaraq 849,2 milyon manat təşkil edib.

Martın 1-nə qədər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 % çox tərəvəz məhsulları istehsal edilib.

Yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1 % və yumurta istehsalı 16,1 % artıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol