• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərkosmos” 2022-ci ildə xalis mənfəətini 10 dəfə azaldıb

“Azərkosmos” 2022-ci ildə xalis mənfəətini 10 dəfə azaldıb
18.04.2023 21:48
"Azərbaycan Kosmik Agentliyi (Azərkosmos)” PLE-nin 2022-ci il üzrə xalis mənfəəti 1,4 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 10,3 dəfə azdır.

Agentliyin 2022-ci il üzrə açıqlanan maliyyə hesabatlarına əsasən, "Azərkosmos”un gəlirləri 49,5 milyon manat (azalma 14,4%) təşkil edib. "Azərkosmos”un 2022-ci ildə gəlirləri əsasən peyk xidmətlərinin ixracından formalaşıb.

Ümumilikdə, 2022-ci ildə şirkətin əməliyyat gəlirləri 4,4 milyon manat (azalma 39,7%) təşkil edib.

2022-ci ildə "Azərkosmos”un aktivləri 8,3% azalaraq 508,6 milyon manat olub.

Hesabat ilində agentliyin öhdəlikləri 30,6% azalaraq 362,06 milyon manat təşkil edib. Bununla yanaşı, 2022-ci ildə layihələrin icrası üçün verilmiş kreditlər üzrə borc 6,3 dəfə azalaraq 31,17 milyon manat təşkil edib. 

2022-ci ildə "Azərkosmos”un kapitalı 4,5 dəfə artıb. O cümlədən agentliyin nizamnamə kapitalı 61% artaraq 272 milyon 605,88 min manata çatıb.

"Azərkosmos” 2010-cu ildə yaradılıb. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlərin alınması üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorlar ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol