• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərkosmos"un gəlirləri azalıb

"Azərkosmos"un gəlirləri azalıb
28.04.2023 15:22
2023-cü ilin ilk dörd ayında  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 40 ölkəyə 5,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 ölkə çox və 0,8 milyon ABŞ dolları (12,9 %) azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı”nın aprel sayında bildirilir.

Bildirilir ki, yanvar-martda "Azərkosmos"un ixrac gəlirləri onun ümumi gəlirlərinin 80 %-ni təşkil edib ki, bu da illik müqayisədə 6 faiz bəndi azdır.

Ötən ay "Azərkosmos" 39 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 9 ölkə və 0,3 milyon ABŞ dolları (14,3 %) çoxdur.

3 ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya (1,2 milyon ABŞ dolları), Lüksemburq (1 milyon ABŞ dolları), Fransa (805,7 min ABŞ dolları), BƏƏ (446 min ABŞ dolları) və Almaniya (252,5 min ABŞ dolları) qərarlaşıb.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 2022-ci ili 1,429 milyon manat mənfəətlə başa vurub.
 
Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol