• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Azercell ölkənin qadın liderlərini bir araya gətirir
12.05.2023 15:00
Lider mobil operator "SHE Baku Congress”-in əsas tərəfdaşıdır

Azercell 5-ci dəfə Azərbaycanda keçirilən "SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresinin əsas tərəfdaşı qismində çıxış edəcək. Ölkənin və regionun lider qadınlarını bir araya gətirən bu tədbir iştirakçılara ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, qadın sahibkarlar və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq üçün unikal  platforma yaradır. 

Qeyd edək ki, fəaliyyəti boyu qadınlara dəstək olan Azercell şirkəti onları gücləndirən, müxtəlif sahələr, xüsusilə də informasiya kommunikasiya texnologiyaları üzrə bilik və  bacarıqlarını, karyera imkanlarını  artıran çoxsaylı proqramlar həyata keçirir. Konfransda əsas məruzəçilərdən biri kimi çıxış edən  şirkətin Hüquq, Etika və Komlayens departamentinin direktoru Şirin Əliyeva Azercell-in bu sahədə qabaqcıl təcrübəsini tədbir iştirakçıları ilə bölüşəcək.

17 may 2023-cü il tarixində Bakıda JW Marriott ABSHERON otelində "ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında baş tutacaq konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri, dinamik sessiyalar və seminarlar təşkil olunacaq. 

Tədbir haqqında əlavə məlumatı https://www.facebook.com/events/1283009022288235/ səhifəsində əldə etmək mümkündür. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol