• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Bakıda Beynəlxalq KOB Forumu keçiriləcək

Bu il Bakıda Beynəlxalq KOB Forumu keçiriləcək
28.06.2023 12:53
Bakı bu ilin noyabr ayında Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Nyu-Yorkda keçirilən Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbirdəki videomüraciətində bildirib.

Videomüraciətdə O.Məmmədov Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək forumun yerli və xarici KOB-lar, investorlar, akademik dairələr arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma olacağı qeyd edib.
 
KOBİA sədri  Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti, ICSB-yə üzv olan agentliyin təşkilatla əməkdaşlığı barədə məlumat verib.

KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib, KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol