• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski” söküləndən sonra belə görünəcək - FOTOLAR

“Sovetski” söküləndən sonra belə görünəcək - FOTOLAR
12.03.2014 12:00
Bakının “Sovetski” adlanan ərazisinin gələcək görüntüsü ilə bağlı ilk təklif var. Dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti bakupost.az-a bildirib ki, Bakının mərkəzində parkın yaradılması ilə bağlı layihə təqdim edib: “Təklif etdiyimiz layihə bu gün Bakının mərkəzində mövcud olan parklara bənzəmir. Bu, şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir. Mən bu parkı şəhərin yaşıl “ağ ciyərləri”nə bənzədərdim. Çünki həm ahıl adamların, xüsusən böyüməkdə olan nəslin sağlamlağı bizim üçün olduqca qiymətlidir. Dünyanın bəzi ölkələrində şəhərin mərkəzində yaşıllığı məhv edib yerində göydələnlər tikirlər, sizdə isə əksinə, köhnə evlərin yerində ecazkar park salmağa qərar verilib, bu, çox sevindiricidir”. L. Peretti deyib ki, layihədə həmin ərazidə hər hansı hündür bina inşa olunmayacaq. Amma layihədə Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də artıq inşasına başlanmış tikililərin qorunub saxlanması nəzərdə tutulur. Bu layihədə yeganə yeni tikinti Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq: “Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər olacaq. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən “Şəbəkə” həmçinin Bakının gecə həyatının mərkəzinə çevrilə bilər”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol