• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı Fond Birjası"nın dövriyyəsi artıb

"Bakı Fond Birjası"nın dövriyyəsi artıb
07.09.2023 15:17
2023-cü ilin səkkiz ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 milyard 929,432 milyon manat olub, bu rəqəm ötən ilin eyni dövründən  49,7 % çoxdur. Bu barədə "Bakı Fond Birjası" QSC məlumat yayıb.

Bildirilir ki, son 1 ildə bağlanmış əqdlərin sayı isə 42,7 % artaraq 7 898 olub.

BFB-nin dövriyyəsinin 39,9 %-i, yaxud 5 milyard 155,747 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,9 % çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 44,9 % artaraq 899,638 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 2,1 dəfə artaraq 6 milyard 874,046 milyon manat olub.
 
2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.

Ötən iltən il BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri əvvəlki ilə nisbətən 2,3 % az - 14 milyard 947,985 milyon manat təşkil edib. İl ərzində bağlanmış əqdlərin sayı isə 11,2 % azalaraq 10 501 olub.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol