Aİ Azərbaycandan qaz idxalını artırmağı planlaşdırır

Aİ ilə Azərbaycan arasında imzalanan memorandumun məqsədi qaz idxalını ildə 20 milyard kubmetrə çatdırmaqdır. Brüssel və Bakı Azərbaycandan Avropa İttifaqına qaz nəqlinin artırılması ilə bağlı razılığa gəliblər.
Bu barədə brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Tim Makfi bildirib.
"Hazırda Azərbaycanla qaz tədarükünü artırmaq və bərpa olunan mənbələr də daxil olmaqla gələcək üçün enerji tərəfdaşlığı yaratmaq üçün anlaşma memorandumu mövcuddur”.
Makfinin sözlərinə görə, Azərbaycan 2021-ci ildə Avropa İttifaqına 8,1 milyard kubmetr qaz tədarük edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı

İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Son xəbərlər 
Daha çox 





















